Tofik_ShakhverdievTOFİQ ŞAHVERDİYEV

Münsiflər heyətinin üzvü

Tofiq Şahverdiyev 1938-ci ildə Bakıda anadan olub. Taqanroq şəhər Radiotexnika İnstitutunda (1955-1960) və Kiyev Teatr İnstitutunun Kinematoqrafiya fakütləsində təhsil alıb (1965-1975). Peşəkar kino fəaliyyətinə Riqa Kinostudiyasında səs operatorunun asssistenti kimi başlayıb. İki bədii filmin, onlarla sənədli filmlərin rejissoru və ssenari müəllifidir. Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi, Moskva Beynəlxalq Universitetinin professoru, Rusiya Rəssamlar İttifaqının üzvüdür. Rusiyanın ən ali kino mükafatı sayılan “Nika” mükafatına iki dəfə layiq görülüb. İtaliya, Fransa, ABŞ, Yunanıstan, İsrail kimi ölkələrdə “Qızıl Kentavr”, “Qızıl Peqas”, “Flaertiana”, “Stalker”, “Avropaya Pəncərə”, “Yunesko” və s. mükafatlara layiq görülüb.