Can_OzbaturCAN ÖZBATUR 

Münsiflər heyətinin üzvü

Can Özbatur 1963-cü ildə Türkiyənin Eskişehir şəhərində anadan olub. Dokuz Eylül Universitetinin İncəsənət fakültəsində təhsil alıb. 1987-1994-cü illərdə Filma – Cass Film Production şirkətində prodüser kimi çalışıb. 1994-cü ildə Co Productions MMC Film Production şirkətini təsis edib və  2014-cü ilədək burada çox sayda reklam filmləri çəkib. 1997-ci ildə Zeynep Özbatur ilə birlikdə New Art Film şirkətini təsis edib və Lola und Bilidi, (Kutluğ Ataman, 2000), “Heçbiryerdə” (Tayfun Pirselimoğlu, 2002), “İqlimlər” (Nuri Bilge Ceylan, 2005) tammetrajlı filmlərinə prodüserlik edib.

2003-2007-ci illərdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə turizm və təbliğat filmləri çəkib.

2008-ci ildən Roket Film şirkətində rejissor və prodüser kimi çalışır.