Aynur_TalibovaAYNUR TALIBOVA

Münsiflər heyətinin üzvü

Aynur Talıbova Mingəçevir şəhərində anadan olub. 1993-1998-ci illərdə Türkiyənin İstanbul Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. “Bura Azərbaycandır” (2002-2005, ANS TV), “Yol” (2006-2008, Lider TV), “Sən də bacararsan” (2010-2012, ANS TV), “Ləziz səyahət” (2012-2013, Xəzər TV) layihələrinin, 150-yə yaxın tam formatlı TV verilişinin, ekstremal idman növlərinə həsr olunmuş 3 TV filmin, ictimai məzmunlu 6 filmin, çox sayda radio verilişlərinin və ədəbi-publisistik əsərlərin müəllifidir. FIFA U-17 World Cup/Azerbaijan 2012 qadın futbolunun inkişafını əks etdirən layihənin rəhbəri olub. 2014-cü ildən ANS ÇM radiosunun baş prodüseri və “Hər səhər” informasiyalı əyləncə verilişinin aparıcısıdır

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər Mükafatı”na (2005) və həmçinin “Humay” mükafatına (2008) layiq görülüb. “Azərbaycana yaxın olaq” (2009), “Azərbaycanı tanı” (2011), “Azərbaycanı kəşf et” (2013) kitablarının müəllifidir.