Ayaz_Salayev1AYAZ SALAYEV

Münsiflər heyətinin sədri

Ayaz Salayev 1960-cı ildə Bakıda anadan olub. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb.

Rejissor, kinoşünas, prodüser, kulturoloq-nəzəriyyəçi, ssenari müəllifi, TV aparıcı, aktyor, müxtəlif TV proqramlarının müəllifi və rejissoru kimi çalışıb. Ümumrusiya Kinematoqrafiya İnstitutunda və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

1995-ci ildə “Yarasa” adlı ilk tammetrajlı bədii filminı çəkib. Film 30-dan çox beynəlxalq kino festivalında iştirak edib və müxtəlif mükafatlara layiq görülüb.

Ayaz Salayev “Qara və ağ gecələr” adlı ikinci tammetrajlı bədii filmini 2013-cü ildə çəkib. 70-dən çox sənədli filmin və sosial çarxın müəllifidir. 20-dən çox beynəlxalq konfransda məruzəçi kimi çıxış edib. 2013-cü ildən etibarən CBC TV-də aparıcı, “Azərbaycanfilm” kinostudiyasında baş redaktor kimi çalışır.

Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimidir.