Vugar_ShikhammadovVÜQAR ŞIXƏMMƏDOV

Münsiflər heyətinin üzvü

Vüqar Şixəmmədov 1986-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Turizm İnstitutunun Menecment fakültəsində təhsil alıb.    2005-2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyinin təbliğat və informasiya sektorunda məsləhətçi işləyib. 2006-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində müxtəlif vəzifələrdə çalışıb. Hazırda şöbənin təbliğat sektorunun müdiridir. Fəaliyyəti əsasən Azərbaycan turizminin xaricdə təbliğatı ilə bağlıdır. Bu fəaliyyət çərçivəsində Nazirliyin il ərzində beynəlxalq turizm sərgilərində təmsil olunması, xarici televiziya kanallarında Azərbaycana dair reklam-çarxlarının və verilişlərin yayımlanması, elektron KİV-lərdə məqalələrin dərc olunması, ölkənin tanıdılması üçün xarici ölkələrdən infotur və press turların təşkili, müxtəlif növ çap məhsullarının hazırlanması və s. istiqamətlərdə çalışır.