Spomenka_SaragaSPOMENKA SARAQA

Münsiflər heyətinin üzvü

Spomenka Saraqa Xorvatiyanın Zaqreb şəhərində anadan olub. 30 il müddətində Jadran Film şirkətində ofis menecerindən başlayaraq Distribusiya departamentinin rəhbərinə qədər müxtəlif vəzifələrdə çalışıb. Sənədli filmlərin və xüsusilə sevdiyi turizm filmlərinin çəkilişində prodüser kimi iştirak edib.

Spomenka Saraqa özünün Balduğı Film şirkətini təsis edib və burada çəkdiyi sənədli filmlərlə müxtəlif yerli və beynəlxalq festivallarda mükafatlar qazanıb.  Prodüserliklə yanaşı bir çox filmlərin, xüsusilə də turizm filmlərinin rejissorluğunu həyata keçirib. Bir neçə tammetrajlı sənədli və bədii filmin prodüseridir.

Zagreb Tourfilm Festivalının direktoru, Fransada keçirilən Deauville Green Awards Festivalının, Polşada keçirilən FilmAT Turizm Filmləri Festivalının, Serbiyada keçirilən Mefest Silafest festivallarının münsiflər heyətinin, Xorvatiya Kinematoqrafçılar Assosiasiyasının və Xorvatiya Prodüserlər Assosiasiyasının üzvüdür.