Gregoris_Coulbanis

QRİQORİS KOULBANİS

Münsiflər heyətinin üzvü

Qriqoris Koulbanis 1961-ci ildə Cenevrədə anadan olub. Cenevrə Ali Kommersiya Məktəbini və Cenevrə Universitetinin İqtisadi və Sosial elmlər fakültəsini bitirib. İnsan coğrafiyası üzrə diplom alıb. Ətraf mühit elmləri və İdarəetmə üzrə magistr dərəcəsinə yiyələnib. 1999-cu ildən YUNESKO-nun Ekoloji elmlər bölməsi ilə çalışır. YUNESKO- nun rəhbərliyi altında Kinşasa Universitetinin (ERAIFT) “Tropik Meşələr və torpaqların Kompleks İdarə Edilməsi üzrə Məktəb” komitəsinə üzv seçilib. Ətraf mühit və rabitə sahələrində Sarıçay və Yançen qoruğu, Dunay çayı və Xəzər dənizi haqqında məruzələr yazıb, sonuncu məruzəsi “Beynəlxalq Meşə İli” mövzusundadır. O, həmçinin ERAIFT veb-saytının məzmununun müəllifidir (p.dogse@unesco.org). 2000-ci ildə NATO-nun seminarında sosial-iqtisadi və ekoloji sahədə Xəzər dənizi mütəxəssisi kimi Fransanı təmsil edib. O, həmçinin Madaqaskar içməli su təchizatı layihəsi üçün YUNİSEF ilə əməkdaşlıq edir. 20 illik peşəkar fəaliyyəti ərzində 5 qitədə və 50-dən çox ölkədə çalışıb. Kinorejissor kimi ətraf mühit mövzusunda bir çox layihələrə rəhbərlik edib. O, həmçinin ətraf mühitdə media və ünsiyyət strategiyası üzrə ixtisaslaşmış kinorejissor və məsləhətçidir. Parana çayında idarəçiliyin ekspertizasına görə Rozario (Argentina) şəhərinin fəxri vətəndaşı adına layiq görülüb.