Lela_KrstevskaLELA KRSTEVSKA

Münsiflər heyətinin üzvü

Lela Krstevska Monako kynazlığının Monako Beynəlxalq Universitetində biznesin idarəedilməsi üzrə təhsil alıb (2006), Müqəddəs Kliment Ohridski Universitetində ticarət, ekspeditor və gömrük ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib (1998).

MÜKAFATLARI: Aspirant təqaüdü, Monako Beynəlxalq Universitetinin Tanınmış Briqada işi və Qurumlararası Əməkdaşlıq üçün xüsusi mükafatı (2005),

ABŞ Dövlət Departamentinin mükafatları (1999, 2004).

İş təcrübəsi:

Radika Resort Dooel, Makedoniya – baş direktor (2008-ci ildən)

Makedoniya Respublikası Turizm üzrə İqtisadi Palatası – Prezident (2011-ci ildən)

Beynəlxalq Korona, Apollonia Qrupu – baş direktor (2005-2008)

Makedoniya Gömrük İdarəsinin İstintaq və Nəzarət şöbəsinin rəhbəri (1992-2005)

Makedoniya hökumətinin Milli Turizm Komitəsinin üzvü, eləcə də hökumətin Sahibkarlıq və İnnovasiya sahəsində Milli Şurasının İdarə Heyətinin üzvü, Fransanın Kann şəhərində keçirilən Tele-Media Mükafatları Kino Festivalında (2012, 2013) və Zaqreb

Turfilm Festivalında münsiflər heyətinin üzvü (Xorvatiya, 2013) olub.