David_CooperDEVİD KUPER

Münsiflər heyətinin üzvü

Devid Kuper READMORE GLOBAL şirkətinin baş directoru və beynəlxalq layihələr meneceridir. Korporativ əlaqələr, kino və sənədli film prodüseridir. Londonda (Böyük Britaniya) anadan olub, Madriddə (İspaniya) yaşayır. Korporativ media məhsullarının dünyada yayımı və yeni turizm mədəniyyətinin inkişafı üzrə ixtisaslaşıb. Multi kameralar vasitəsi ilə müvəqqəti videokod tətbiq etməklə geniş formatlı və 3D filmlərin istehsalının təkmilləşdirilməsi üzrə mütəxəssisdir. Özünəməxsus EUAS® adlı yeni strategiyadan istifadə etməklə turizm mədəniyyətinin beynəlxalq miqyasda inkişafının yeni üsullarını təkmilləşdirib. Hazırda beynəlxalq sferada turizm tanıtım layihələrinə cəlb olunur və audiovizual media mütəxəssisi kimi müxtəlif forumlarda mühazirələr oxumağa dəvətedilir. Beynəlxalq Film Festivallarının münsiflər heyətində təmsil olunur. 2009-cu ildə Beynəlxalq Turizm Filmləri Festivalları Konfederasiyasının (CIFFT) təqdim etdiyi “Ənyaxşı Turizm Filmi” mükafatına layiq görülüb. 70-dən artıq beynəlxalq mükafatı var.