Jamil_FarjovCƏMİL FƏRƏCOV 

Münsiflər heyətinin üzvü

Cəmil Fərəcov 1946-cı ildə Bakıda anadan olub. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsində və Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun televiziya rejissorluğu fakültəsində təhsil alıb. Azərbaycan Televiziyasında işləyib, 1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasının sənədli filmlər birliyində rejissor kimi fəaliyyətə başlayıb. Milli kinoda çalışdığı müddət ərzində onlarla sənədli filmin, “Mozalan” satirik kino jurnalı üçün 30-dan çox bədii və sənədli süjetlərin, “Arvadım mənim, uşaqlarım mənim” bədii televiziya filminin, xronikal kino jurnallarının rejissoru və ssenari müəllifi olub. 1990-1995-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü kimi fəaliyyət göstərib. Həmin illər ərzində kinostudiyada müxtəlif rəhbər vəzifələrdə çalışıb. “Yaddaş” sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru (1997-2002), Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsinin müdiri (2002-2006), Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb (2006-2012).

 
 
 

Filmoqrafiya:

Mikayıl Abdullayev (1972)

Yadigar (1972)

Musakuça kəndinin sakini (1973)

Yeraltı əhvalat (1975)

Qızıl balıq (1975)

Faytonçu (1979)

Biz Azərbaycandanıq (1985)

Suya səyahət (1996)

Üçüncü zəng (2008)