Azer_GeribAZƏR QƏRİB

Münsiflər heyətinin sədri

Azər Qəribov 1961-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin məzunudur. Universiteti fərqlənmə diplomu ilə bitirib, ikinci təhsili rus dili və ədəbiyyatı müəllimidir. “Kaspmorneft” İstehsalat Birliyinin xarici əlaqələr şöbəsinin məsləhətçisi olub (1983-1986). Milli televiziya məkanında yayımlanan “Oralar” verilişinin müəllifi, aparıcısı və sahibidir. 1news.az, azru.tv, yurd.tv (rus dilində) internet səhifələrində “Azər Qəriblə saat 5-də” verilişinin aparıcı və müəllifi, eləcə də azru.tv-də redaktordur. 400-dən artıq sənədli film və televiziya proqramının müəllifidir. Çoxsaylı media çıxışlarının müəllifidir, www.oralar.az turizm məlumat portalının və www.azru.tv rus dilində internet kanalının əsasını qoymuşdur.

Müxtəlif illərdə təltif olunmuşdur:

“Qızıl qələm” mükafatı (2006)

Azərbaycan Jurnalistlər İttifaqının Zərdabi adına mükafatı (2010)

Mədəniyyət və Turizm Nazirliyinin “Əməkdar Turizm İşçisi” fəxri adı (2013)