Alexander_KammelALEKSANDR KAMMEL

Münsiflər heyətinin üzvü

Aleksandr Kammel 1960-cı ildə Vyanada anadan olub. Vyana Fransız Liseyində və Vyana İqtisad Universitetində təhsil alıb. “Österreichisches” Film Prokatının rəhbəri və şəriki, “Film+Video” üç aylıq jurnalın baş redaktoru, Beynəlxalq Kinoprokatın, eləcə də Münhendə (Almaniya) DFS kinoprokatının həmtəsisçisidir. Beynəlxalq Kinoprokatın ABŞ və Avropada informasiya film distribütorların beynəlxalq şəbəkəsinin prezidenti, Beynəlxalq Avtomobil Şou Sərgisinin (IAA) nəzdində iki ildən bir Frankfurtda (Almaniya) keçirilən, dünyanın ən böyük avtomobil film və multimedia festivalı “AutoVision”nun direktorudur. İki ildən bir Vyanada keçirilən alman dilli ölkələrin ən böyük informasiya film festivalı olan “Viktoriya Qran Pri” festivalının direktorudur. Dünyanın ən görkəmli turizm film festivallarının daxil olduğu CIFFT – Turizm Film Festivalları Beynəlxalq Komitəsinin direktorudur. Vyanada ilin ən yaxşı turizm filmlərinə QRAN PRİ mükafatının təqdim olunduğu “Festivallar festivalı” və Kann şəhərində (Fransa) keçirilən Kann Korporativ Media və TV mükafatları festivallarının rəhbəridir. “Staatspreis Wirtschaftsfilm” korporativ filmlər üçün Avstriya Kommersiya, Yeniyetmə və Ailə Nazirlər Şurasının təşəbbüsü ilə iki ildən bir keçirilən Avstriya Korporativ Filmlər Dövlət Mükafatının təşkilatçısı, Karloviy Vara, Biarritz, Dovil, Puatye, Tarb, Le Krezo, Tırqovişte, Los Anceles, Zlatibor, Bratislava, Velikiy Novqorod, Nyu York, Florianopolis (Braziliya), Avstriya 9 Şorts və digər festivallarda münsiflər heyətinin üzvü, Polşa Turfilm Akademiyasının fəxri prezidentidir. Korportiv, təhsil və Mədəniyyət Audiovizual Mediaları üçün Avstriya kino arxivlərinin prezidenti, Los Anceles Beynəlxalq Film və Video Festivalının baş məsləhətçisi, Ali regional Appelyasiya Məhkəməsinin və Avstriya əmək məhkəməsinin hakimi, Kinofilm istehsalçılarının IQ Beynəlxalq Quorumu, IAA Beynəlxalq Reklam Assosiasiyası, PRVA Avstriya İctimaiyyətlə Əlaqələr Birliyinin üzvüdür.